SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Məktəbli şahmatçılar üçün ustad dərsləri keçirilib
Təhsil Nazirliyinin tabeliyində olan idman-şahmat məktəblərinin şahmatçılarından ibarət "Təhsil" Respublika idman Mərkəzinin yığma komandasının üzvlərinin dünya çempionatına hazırlığı ilə əlaqədar “Zuğulba” Tədris İdman Bazasında təlim-məşq toplanışı keçirilib.
Təlim-məşq toplanışı çərçivəsində komanda üzvləri üçün beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov və Rauf Məmmədov tərəfindən ustad dərsləri təşkil edilib. Qrossmeysterlər məktəbli şahmatçılara 2 saat ərzində “eyni vaxtda oyun seansı” keçirib, beynəlxalq yarış təcrübələri barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
Sonda xatirə şəkilləri çəkilib, məktəbli şahmatçılara dünya çempionatında uğurlar arzu edilib.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl