SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil nazirinin müavini Firudin Qurbanov Moskva şəhərinə səfər edəcək
Təhsil nazirinin müavini Firudin Qurbanov 18-21 aprel 2018-ci il tarixində Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində təşkil olunacaq forumda və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv-dövlətlərin təhsil nazirlərinin görüşündə iştirak etmək məqsədi ilə Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcək.
Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi və YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkil etdiyi “Dayanıqlı inkişaf məqsədləri 4: təhsildə İKT tətbiqi məsələlərinə dair qlobal dialoq” mövzusunda forum aprelin 18-də keçiriləcək. Forumda bir sıra dövlətlərin rəsmilərinin, ali təhsil müəssisələri rəhbərlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı planlaşdırılır.
Səfər çərçivəsində - aprelin 20-də Firudin Qurbanov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv-dövlətlərin təhsil nazirlərinin görüşündə iştirak edəcək.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl