SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycanlı tələbə Çində universitet birincisi olub
Çinin Renmin Universitetində təhsil alan azərbaycanlı tələbə Fərahim Hüseynzadə bu ali təhsil ocağının daxili təqaüdünə və ən yüksək mükafatına layiq görülüb.
Ortalama elmi göstəricisi (GPA) 3.95/4.00 təşkil edən tələbə “Academic performance” kateqoriyası üzrə Renmin Universitetində fakültə, ümumilikdə isə universitet üzrə birinci yerə yüksəlib. Bu kateqoriyada o, ABŞ, Böyük Britaniya, Almaniya və Fransadan olan həmkarlarını geridə qoyub.
F.Hüseynzadə Təhsil Nazirliyi və Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış müqavilə əsasında (Chinese government scholarships) nüfuzlu Renmin Universitetində Çinin biznes hüququ ixtisası üzrə magistratura pilləsində tam təqaüdlə təhsil alır.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin ingilis dili bölməsində bakalavriat pilləsində təhsili alan F.Hüseynzadə “Mən azərbaycanlıyam” intellektual oyunu üzrə ilin qalibi, “Nə?, Harada?, Nə zaman?” intellektual oyunu üzrə kuboklar sahibi, “Xəmsə” milli intellektual oyunu üzrə ölkə birincisi və universitet liqası üzrə Azərbaycan çempionudur.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl