SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Ən böyük tələbə yataqxanası istifadəyə veriləcək
Təhsil Nazirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir. Ən müasir standartlara uyğun inşa olunan yataqxanada yalnız ADNSU-nun tələbələri deyil, Bakıda yerləşən digər ali məktəblərdə təhsil alan və yataqxanaya ehtiyacı olan tələbələr müvafiq kvotaya əsasən yerləşmək imkanı qazanacaqlar. Yataqxana binası 800 nəfərə yaxın tələbə, həmçinin müəllim üçün nəzərdə tutulub. 0,8 hektar ərazini əhatə edən yataqxana binasının ümumi sahəsi 21 min kvadrat metrdən çoxdur. Binada kitabxana, oxu zalı, istirahət otaqları, camaşırxana, yeməkxana, fitnes zalı da fəaliyyət göstərəcək.
Yataqxananın növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl