SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dünya Skaut Hərəkatı Təşkilatının nümayəndə heyəti ilə görüş
Təhsil nazirinin müavini Firudin Qurbanov Dünya Skaut Hərəkatı Təşkilatının nümayəndə heyəti ilə görüşüb.
Görüşün məqsədi Dünya Skaut Hərəkatının qeyri-formal təhsil sahəsindəki təcrübəsi haqqında ətraflı məlumat əldə edərək bunu ölkəmizin məktəbdənkənar təhsil müəssisələrində tətbiq etmək olub.
Hərəkatın Təşkilati inkişaf üzrə qlobal direktoru Devid Berq 2017-ci ildə 41-ci Dünya Skaut Konfransı və 13-cü Dünya Skaut Gənclər Forumunun Azərbaycanda keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını nəzərə çatdırıb, Avrasiya regionu, həmçinin Azərbaycanda skaut hərəkatının genişləndirilməsinin onlar üçün vacibliyini qeyd edib.
Firudin Qurbanov məktəbdənkənar fəaliyyətin, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsinin zəruriliyini vurğulayaq qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində danışıqların aparılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Görüşün sonunda tərəflər mövcud əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bir daha ifadə ediblər.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl