SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Beynəlxalq kitab bağışlama” günü keçirilib
“Beynəlxalq kitab bağışlama günü” münasibətilə aksiya keçirilib. Aksiya Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslə mədəni xidmət göstərmək, kiçik yaşlı oxuculara mütaliə vərdişlərini aşılamaq, onların kitaba olan marağını yüksəltməkdən ibarət olub.
Aksiya çərçivəsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri öz sevimli kitablarını hədiyyə edib. Bir günlük aksiyanın sonunda 900 ədəd kitab toplanıb. Toplanmış kitablar Bakı şəhərində yerləşən 1 nömrəli uşaq evinə, Xəzər rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı Qala qəsəbə filialına, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə, Sabunçu rayonu Yeni Azərbaycan Partiyasının dəstəyi ilə 1 nömrəli tam orta internat məktəbinə, 10 nömrəli sanatoriya tipli internat məktəbinə və 11 nömrəli xüsusi internat məktəbinə bağışlanıb.
“Beynəlxalq kitab bağışlama günü” nün davamı Mərkəzi Elmi Kitabxanada keçirilib. İştirakçılar kitabxananın tarixi, mühafizə olunan fondlar, kitabxanada göstərilən xidmətlər, oxu zalları, kitab axtarışı və sifarişi prosesləri, kitabxanada mühafizə olunan uşaq ədəbiyyatı ilə tanış olub.
Tədbiri giriş sözü ilə açan Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə çıxış edərək mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabın rolundan danışıb.
Tədbirin sonunda uşaq və yeniyetmələr arasında mütaliənin təbliği məqsədilə iştirakçılara Mərkəzi Elmi Kitabxana tərəfindən Azərbaycan və dünya ədəbiyyatından kitablar hədiyyə edilib.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl