SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
YUNİSEF-in regional ofisinin nümayəndələri ilə görüş
Fevralın 8-də təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov ölkəmizdə səfərdə olan YUNİSEF-in regional ofisinin uşaqların erkən inkişafı üzrə baş məsləhətçisi Dipa Qrover və inklüziv təhsil üzrə regional məsləhətçisi Nora Şabanini qəbul edib.
Görüşdə Azərbaycan və YUNİSEF arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, o cümlədən inklüziv və məktəbəqədər təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda görüşdə Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2024-ci illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”ının icrası istiqamətində YUNİSEF-lə əməkdaşlıq imkanları müzakirə edilib.
Səfər çərçivəsində YUNİSEF-in regional ofisinin nümayəndələrinin Təhsil Nazirliyi və Təhsil İnstitutu əməkdaşları üçün inklüziv təhsillə bağlı təlimi keçirilib.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl