SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Martın 16-da Təhsil Nazirliyi ilə Avstriyanın “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı arasında “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin həyata keçirilməsi məqsədilə birgə əməkdaşlıq çərçivəsində Qrant Sazişinin imzalanma mərasimi keçirilib.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq bu layihənin “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində həyata keçirildiyini qeyd edib. Nazir bildirib ki, sazişin əsas məqsədi müvafiq proqram çərçivəsində “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsi ilə bağlı tərəflərin üzərinə götürdükləri öhdəliklər əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı arasında əməkdaşlığın qurulmasıdır. Misir Mərdanov Təhsil Nazirliyi ilə Avstriyanın “Hilfsverk Avstriya” təşkilatının birgə hazırladığı bu layihənin Avropa Komissiyası tərəfindən qəbul edildiyini diqqətə çatdırıb. Nazir layihənin ümumi dəyərinin 640.770 avro olduğunu, onun Avropa Komissiyasının və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının ayırdığı vəsait hesabına maliyyələşdiriləcəyini vurğulayıb. Misir Mərdanov bildirib ki, layihənin məqsədi Azərbaycanda alternativ qayğı növü olan himayədar (foster) ailə sisteminin yaradılması mexanizmlərinin qurulmasıdır.
Tədbirdə o da qeyd edilib ki, 3 il ərzində həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində himayədar ailələrin və uşaqların seçim meyarları, qiymətləndirilməsi, maliyyələşdirmə mexanizmləri hazırlanacaq və onun icrası müddətində himayədar ailə olmaq istəyi ilə müraciət edən namizədlərdən 50 ailənin seçilməsi, onlar üçün treninqlərin təşkil edilməsi nəzərdə tutulur. Layihəyə əsasən övladlıq, qəyyumluq və ya himayədar ailələrə verilməsi mümkün olmayan 10 uşaq üçün ailə tipli kiçik qrup evi yaradılacaq. Eyni zamanda himayədar (foster) ailələrə yerləşdiriləcək uşaqların bu ailədəki vəziyyətinin dövri monitorinqini aparmaq üçün 25 nəfər sosial işçinin hazırlanması və onların Əzizbəyov rayonu ərazisində yerləşən dövlət uşaq müəssisələrində çalışan tərbiyəçi-müəllim kontingenti içərisindən seçilməsi planlaşdırılır.
Çıxışının sonunda nazir layihənin hazırlanmasında əməyi olan şəxslərə təşəkkürünü bildirib və onun uğurla həyata keçirilməsinə inamını vurğulayıb.
Mərasimdə iştirak edən “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının prezidenti Franz Çeşka, Avropa Komissiyası ofisi rəhbərinin müavini Jan Lui Lavrov, YUNİSEF-in ölkəmizdəki nümayəndəsi Mark Herevard və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının Mərkəzi Asiya və Qafqaz üzrə əlaqələndiricisi Brigitte Stoeppler öz çıxışlarında bu layihəni birgə əməkdaşlığın əsası olduğunu və YUNİSEF-in mövcud sahədə aparılan işlərə dəstək göstərdiyini diqqətə çatdırıblar. Çıxış edənlər Azərbaycanda uşaqların müdafiəsi sahəsində himayədar (foster) alternativ qayğı sisteminin yaradılmasının əhəmiyyət kəsb etdiyini vurğulayaraq layihə haqqında iştirakçılara ətraflı məlumat verib və gözlənilən nəticəyə nail olunacağına ümid etdiklərini bildiriblər .
Sonra Təhsil Nazirliyi ilə Avstriyanın “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı arasında “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin həyata keçirilməsi məqsədilə birgə əməkdaşlıq çərçivəsində Qrant Sazişi imzalanıb. Sazişi təhsil naziri Misir Mərdanov və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının prezidenti Franz Çeşka imzalayıb.
Mərasimin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl