SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Akkreditasiya komissiyasının üzvləri üçün təlim keçirilib
Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə 2017-2018-ci tədris ilində akkreditasiyası keçiriləcək ali təhsil müəssisələrinin akkreditasiya komissiyalarının sədr və sədr müavinləri üçün təlim keçirilib.
Təlimin məqsədi akkreditasiya prosesinin təkmilləşdirilməsi və komissiya üzvlərinin professional bacarıqlarının artırılmasına dəstək göstərməkdir.
Simulyasiya formatında təşkil olunan təlim zamanı ekspertlər özünütəhlil hesabatı nümunələri ilə tanış olub, müsahibələrin keçirilməsi üzərində qrup tapşırıqları yerinə yetiriblər.
Sonda akkreditasiya komissiyalarının üzvləri akkreditasiya prosesində qarşıya çıxan bir sıra məqamlarla bağlı suallarını ünvanlayıb, ətraflı fikir mübadiləsi aparılıb.
Akkreditasiya və Nostrifikasiya İdarəsi akkreditasiya prosesinin keyfiyyətinin artırılması üçün həm ali təhsil müəssisələrinin əməkdaşları, həm də akkreditasiya komissiyaları üzvləri üçün bu cür təlimlərin keçirilməsini davam etdirəcək.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl