SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Məktəbdənkənar müəssisələrdə çalışan əməkdaşlar üçün seminar
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Bakı şəhəri və Abşeron rayonu üzrə məktəbdənkənar müəssisələrdə çalışan əməkdaşlar üçün “Beynəlxalq inkişaf naminə davamlı turizm” mövzusunda seminar keçirib.
Seminarda Birləşmiş Millətlər Təşkilatının 70-ci Baş Assambleyasının elan etdiyi “2017-ci il - Beynəlxalq inkişaf naminə davamlı Turizm İli”nin mahiyyətindən bəhs edilib. 12 akademik saatlıq proqramda inklüziv və davamlı iqtisadi artım, sosial inklüzivlik, məşğulluq və yoxsulluğun azaldılması, resurslardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi, mədəni dəyərlər, qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik kimi mövzuların turizmin inkişafına təsirindən söz açılıb.
Turizmin tarixindən başlamış müştəri məmnunluğunadək müxtəlif rakursları əhatə edən seminar məktəbdənkənar müəssisələrdə çalışan təhsil işçilərinin müvafiq kompetensiyalarla tanış edilməsini hədəfləyib.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl