SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Məktəblilərimiz beynəlxalq olimpiadadan 5 medal qazanıb
Niderlandın Neymeqen şəhərində yeniyetmələrin 14-cü Beynəlxalq Elm Olimpiadası (IJSO) keçirilib. 50-dən çox ölkənin qatıldığı bu mötəbər elm yarışında Azərbaycan məktəbliləri də iştirak edib. Fizika, kimya və biologiya fənləri üzrə biliklərini nümayiş etdirən şagirdlərimiz 5 bürünc medal qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin X sinif şagirdləri Kənan Ağayev və Əli Əliyev, Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin X sinif şagirdi Turan Bayramlı, Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin XI sinif şagirdi Turan Məmmədli və Ağdaş şəhəri M.Şeyxzadə adına texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın eksperimental pilot siniflərinin X sinif şagirdi Fərid Əliyev olimpiadanın bürünc medalına layiq görülüblər.
Yeniyetmələrin beynəlxalq elm olimpiadası iki nəzəri və bir praktiki tur olmaqla ümumilikdə 3 mərhələdə keçirilir. 2004-cü ildən etibarən Azərbaycan məktəbliləri bu olimpiadada iştirak edib, 4 gümüş, 33 bürünc olmaqla 37 medal qazanıblar.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl