SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Bakı məktəblisi dünyanın ən güclüləri sırasında
Paytaxt məktəblisi Avropa çempionu olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 220 nömrəli məktəb-liseyin VIII sinif şagirdi Rəsul Cəfərli karatenin kyokuşin növü üzrə XXXI Avropa çempionatında I yeri tutub. Məktəbli Polşanın Firinovski şəhərində çəkisi 50 kiloqramadək olan 12-13 yaşlı idmançı oğlanlar arasında təşkil edilən yarışda bütün rəqibləri üzərində qələbə qazanıb.
R.Cəfərli kubok, medal və diplomla təltif olunub.
Qeyd edək ki, R.Cəfərli karatenin kyokuşin növü üzrə 2016-cı ildə Macarıstanda keçirilən dünya çempionatında III, 2017-ci ildə Türkiyədə təşkil olunan beynəlxalq turnirdə I yerə layiq görülüb. R. Cəfərli karatenin kyokuşin növündə dünya üzrə 12-13 yaşlı 10 ən yaxşı idmançının yer aldığı sıyahıya daxil edilib.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl