SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Sabahın alimləri” VII Respublika Müsabiqəsi üzrə qeydiyyat davam edir
“Sabahın alimləri” VII Respublika Müsabiqəsi üzrə qeydiyyat davam edir. Müsabiqədə iştirak edəcək ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin mövzuları www.sabahinalimleri.edu.az internet səhifəsində online rejimdə qeydiyyatdan keçirilir.
Məktəblilər tərəfindən təsdiqlənmiş mövzular üzrə aparılan tədqiqatların dekabrın 25-dək başa çatdırılması və müsabiqənin tələblərinə uyğun olan sənədlərin hazırlanmasının təmin edilməsi nəzərdə tutulur.
Müsabiqənin əsas məqsədi şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.
Müsabiqədə yüksək elmi tədqiqat nəticələri əldə etmiş məktəblilər ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək.
“Sabahın alimləri” müsabiqəsinin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondudur.
Müsabiqə keçirilən müddətdə şagirdlərin elmi fəaliyyəti ilə məşğul olan müəllimlər, onların elmi rəhbərləri və direktorlar üçün İntel Təlim Akademiyası fəaliyyət göstərəcəkdir. Həmin akademiyada keçiriləcək treninqlərdə iştirak etmək istəyən müəllimlər sabahinalimleri.edu.az saytından qeydiyyatdan keçə bilərlər.
Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter kateqoriyaları üzrə təşkil olunur.
2012-ci ildən keçirilən müsabiqəyə bu günədək 928 nəfər şagird qatılıb, onlardan 35 şagird ABŞ-da keçirilən Intel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək hüququ qazanıb.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl