SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Müəllimlər üçün ixtisasartırma təlimləri
İbtidai sinif müəllimləri üçün yeni ixtisasartırma proqramlarının sınaq təlimləri təşkil edilib.
Oktyabrın 4-dən start verilən təlimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) keçirilir.
Təlimlərin təşkilində əsas məqsəd yeni ixtisasartırma proqramlarını sınaqdan keçirdikdən sonra ümumi istifadəyə verməkdən ibarətdir.
Sınaq təlimləri sinfin idarəolunması, ibtidai təhsildə oxuyub-anlama bacarıqlarının inkişafı metodikası, yazı işinin təşkili, qiymətləndirmə vasitələrinin hazırlanması, məktəbəhazırlıq qruplarında öyrədici və inkişafetdirici mühitin təşkili, məktəbəhazırlıq dövründə didaktik oyunlardan istifadə proqramları üzrə keçirilir.
TİPİİ-nin əməkdaşları tərəfindən hazırlanan proqramların məzmunundan asılı olaraq təlimlərin müddəti müxtəlifdir.
Sınaq təlimlərinin sonunda iştirakçılara müvafiq sertifikatlar veriləcək.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl