• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Müəllimlərə sertifikatlar verilib

Paytaxtdakı ümumi təhsil müəssisələrinin müəllimləri üçün növbəti “Yay məktəbi” təşkil olunub.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən reallaşdırılan proqram 5 gün davam edib.

Cari ildə 3-cü dəfə təşkil olunan “Yay məktəbi”nin  əsas məqsədi müəllimlərin peşə səriştəsini qeyri-formal təhsil formasında artırmaqdan ibarətdir.

Proqram çərçivəsində müəllimlər müasir təhsilin fəlsəfəsi, hiperaktiv şagirdlərlə işin təşkili metodikası, didaktik oyunlardan istifadə, qeyri-ənənəvi rəsmçəkmə texnikaları, sinfin idarəedilməsi, yazılı nitqin inkişafı, qiymətləndirmə vasitələrinin hazırlanması, sinif komandasının formalaşdırılması və digər mövzularda  nəzəri, praktik biliklər qazanıblar.

“Yay məktəbi”nin sonunda bütün iştirakçılara müvafiq sertifikatlar verilib.

Qeyd edək ki, ümumilikdə, “Yay məktəbi”ndə ibtidai sinif, Azərbaycan dili, fizika, riyaziyyat müəllimləri iştirak edib.


8 il əvvəl