SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təmsilçilərimiz beynəlxalq idman turnirindən uğurla dönüb
Paytaxt məktəblərinin təmsilçiləri beynəlxalq idman yarışında qaliblər sırasında yer alıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin 10 şagirdi və 1 müəllim Şimali Kipr Türk Respublikasında taekvando idman növü üzrə Açıq Avropa Çempionatında uğurla çıxış edib. Təmsilçilərimiz müxtəlif yaş və çəki dərəcələri üzrə fəxri kürsüyə qalxıblar.
Turnirdə 171 nömrəli tam orta məktəbin şagirdlərindən 2-si I, 1-i III yeri tutub. Həmçinin, 86, 191 nömrəli ümumi təhsil müəssisələrinin yetirmələri I yerə layiq görülüb. 76, 275, 278, 290 nömrəli tam orta məktəblərin şagirləri II, 287 nömrəli “Zəkalar” liseyinin yetirməsi III yerə sahib olub.
Yarışda 86 nömrəli tam orta məktəbin şagirdi Şamil Hacıyev 40 kiloqram çəki dərəcəsində Ermənistandan olan 2 idmançını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beynəlxalq turnirdə məktəblilərlə yanaşı, onları yarışa hazırlayan, 171 nömrəli tam orta məktəbin müəllimi Barat Orucov yuxarı yaş dərəcəsi üzrə I yeri tutub.
Çempionatda, həmçinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akdemiyasının tələbəsi I yerə layiq görülüb.
Ümumilikdə, Azərbaycandan yarışa qatılan 12 nəfərin hamısı fəxri kürsüyə yüksəlib.
Qaliblər medal və diplomla təltif olunub.
Turnidə 18 ölkədən olan 250-dən artıq idmançı iştirak edib. Onlar müxtəlif yaş və çəki dərəcələri üzrə mübarizə aparıblar.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl