SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Məktəblilərimiz Avropa çempionatında 6 medal qazanıb
Monteneqro Respublikasının Budva şəhərində keçirilən şahmat üzrə məktəblilərin Avropa çempionatı başa çatıb.
Ümumilikdə 22 ölkədən 400-ə yaxin şahmatçının iştirak etdiyi çempionatda “Təhsil” Respublika İdman Mərkəzinin komandası tam heyətlə çıxış edərək 3 gümüş və 3 bürünc olmaqla ümumilikdə 6 medal qazanıb.
Komandanın üzvləri - Gəncə Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Səadət Bəşirli 7 yaşadək qızlar arasında, Quba rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Sevil Tahirova 15 yaşadək qızlar arasında, Sumqayıt Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Sahil Mehrəliyev 15 yaşadək oğlanlar arasında gümüş medal, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Xanım İsmayılova 7 yaşadək qızlar arasında, Ziya Məmmədov 7 yaşadək oğlanlar arasında, Lənkəran Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Kənan Əhədzadə 17 yaşadək oğlanlar arasında bürünc medal qazanıblar.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl