SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlim
IT STEP akademiyasında məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlim keçirilib.
Təlimin əsas məqsədi məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, pedaqoji heyətin işinin təkmilləşdirilməsi, texniki yaradıcılıq sahəsində fəaliyyət göstərən dərnəklərin müasir tələblərə uyğunlaşdırılmasıdır.
Təlimdə texniki yönümlü dərnəklərlə yanaşı, uşaqların erkən yaş qrupları üzrə intellektual klublarının dərnək rəhbərləri də iştirak edib.
Təlimin mövzusu “CodeClub” proqramı (codeclub.org) üzrə “Scratch” proqramlaşdırma dilinin öyrədilməsi olub.
Massaçusets Texnologiya Universiteti tərəfindən tərtib olunmuş “Scratch” proqramlaşdırma dili 8-16 yaşlı uşaqlarda yaradıcı, sistematik düşüncəni və komanda işi bacarıqlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulub, eyni zamanda proqram dərnək rəhbərlərinə tədris zamanı əlavə resurslardan istifadə imkanlarının genişləndirilməsinə xidmət göstərir.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl