SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İntellektual oyun üzrə regional məktəb çempionatı
Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycan İntellektual Klublar Assosiasiyasının dəstəyi ilə “İslam Həmrəyliyi İli”nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatı keçirilib.
Ümumilikdə 61 ümumtəhsil məktəbinin komandasının qoşulduğu çempionatı giriş sözü ilə açan Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov iştirakçılara uğurlar arzulayıb.
Sonra çempionata start verilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın qalibi Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin komandası olub. Regionlar üzrə çempionatın qalibləri adına Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyi, Gəncə şəhəri 25 nömrəli tam orta məktəblərin, eləcə də Şəmkir, Lənkəran, Zərdab, Zaqatala, Şirvan, İmişli, Xaçmaz, Bərdə rayonlarının komandaları layiq görülüb.
Çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına təkan vermək, eləcə də yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin aşkara çıxarılması, daha çox məktəblinin intellektual fəaliyyətə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkilini təmin etməkdən ibarətdir.
Yarış respublika üzrə 12 zonanı - Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Masallı, Quba, Zaqatala, Göyçay şəhərlərini əhatə edib.
Çempionatın yekun tədbirində Təhsil Nazirliyinin "BİR" Tələbə Könüllüləri də fəal iştirak ediblər.
Qaliblər Təhsil Nazirliyinin kubok və medalları, həmçinin Nar Mobile şirkətinin qiymətli hədiyyələri ilə təltif olunub.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl