SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş müsabiqəyə yekun vurulub
Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş respublika təsviri sənət müsabiqəsinə yekun vurulub.
Azərbaycanın bütün bölgələrindən məktəblilərin iştirak etdiyi müsabiqənin təşkil edilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarını təbliğ etmək, şagirdlərdə dini tolerantlıq, islam xalqları arasında sülh, həmrəylik, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaqdır.
İki mərhələ üzrə keçirilən müsabiqədə ümumilikdə 753 rəsm əsəri qiymətləndirilib.
I zona üzrə müsabiqəyə 83 ümumtəhsil müəssisəsindən 270 rəsm əsəri təqdim edilib. Əsərlər Təhsil Nazirliyinin, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin, “Təhsil” Respublika İdman Mərkəzinin və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Qaliblər Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasına dəvət olunub, diplom və hədiyyələrlə mükafatlandırılıb.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl