SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Məktəblilər arasında idman yarışları davam edir
IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir. Masallı Olimpiya İdman Kompleksində Yunan-Roma güləşi, Xocəvənd İdman Mərkəzində karate, İsmayıllı Olimpiya İdman Kompleksində basketbol, Şağan Olimpiya İdman Kompleksində cüdo, Balakən Olimpiya İdman Kompleksində stolüstü tennis idman növləri üzrə zona yarışları keçirilib.
500 nəfərdən çox məktəbli idmançının qatıldığı yarışlarda Yunan-Roma güləşi idman növü üzrə I yerə Lənkəran, II yerə Masallı, III yerə Cəlilabad, karate idman növü üzrə I yerə Xocəvənd, II yerə Beyləqan, III yerə Zərdab, basketbol idman növü üzrə I yerə İsmayıllı, II yerə Oğuz, III yerə Ağsu, cüdo idman növü üzrə I yerə Nizami, II yerə Nərimanov, III yerə Yasamal, stolüstü tennis idman növü üzrə I yerə Balakən, II yerə Qax, III yerə Oğuz rayon və şəhərlərin komandaları layiq görülüb.
Qaliblər diplom və medallarla təltif edilib.
Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, onların idmana marağının artırılması və məktəblilərin sağlam həyat tərzinə cəlb edilməsindən ibarətdir.
Yarışlar aprelin 26-da başa çatacaq.
9 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl