SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Olimpiya Hərəkatı” proqramı çərçivəsində yarışlara start verilib
Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində respublika birinciliyinin məktəbdaxili yarışlarına start verilib.
İlkin olaraq Bakı şəhəri üzrə yarışlarda iştirak etmək üçün idman zalı olmayan məktəblər seçilib. Bu məqsədlə 8 ümumtəhsil məktəbinin komandası 96 və 234 nömrəli tam orta məktəblərdə məktəbdaxili yarış keçirib. Sumqayıt, Gəncə şəhərləri və Göygöl rayonu üzrə idman zalı olmayan məktəblərin seçilməsi və yarışların keçirilməsi planlaşdırılır.
Birinciliyin keçirilməsində əsas məqsəd məktəblilər arasında ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir.
9 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl