SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Praktiki məsləhətlər üçün regional sessiya” adlı seminar keçiriləcək
15-16 dekabr 2016-cı il tarixlərində “Praktiki məsləhətlər üçün regional sessiya” adlı seminar keçiriləcək.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “Rusiya Vençur Şirkəti”nin təşəbbüsü ilə təşkil olunan seminarlar “ADA” Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.
Tədbirin keçirilməsində əsas məqsəd innovativ ekosistemin qurulmasına və yüksək texnologiyalar sahəsində sahibkarlığın inkişafına töhfə verməkdir.
Seminarda iştirakı planlaşdırılan ali təhsil müəssisələrinin müəllim və yuxarı kurs tələbələri innovativ sahibkarlıq fəaliyyəti üzrə lazımi bilik və bacarıqlar əldə edəcəklər. Həmçinin keçiriləcək intensiv təlimlər zamanı startap sahibkarlara biznes ideyalarının kommersiyalaşdırılması, potensial investorlara isə sərmayələri üçün perspektivli sahələri təyin etmələri məqsədilə təkliflər veriləcəkdir.
2008-ci ildən Rusiya Federasiyasında keçirilən bu seminarların ölkəmizdə ilk dəfə olaraq təşkili planlaşdırılır. Bu günə qədər keçirilmiş eyniadlı 160 tədbirdə 11000 nəfər iştirak edib. Seminarlarda innovativ sahibkarlıq fəaliyyəti üçün vacib olan bilik və praktiki bacarıqlar əldə edilib.
Seminarda iştirak və daha ətraflı məlumat üçün vkhanlarov@tsii.edu.az elektron poçt ünvanına müraciət etmək olar.
9 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl