SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Fevralın 9-da “Landmark” otelində Təhsil Nazirliyi və “Microsoft Azərbaycan” şirkətinin “Təhsildə informasiya texnologiyalarının tətbiqi” mövzusunda birgə konfransı keçirilib.
Konfransda “Ultra”, “İntel”, HP şirkətlərinin və “Mədəd” humanitar təşkilatının nümayəndələri, paytaxt məktəblərinin, eləcə də ölkəmizin müxtəlif bölgələrindəki bir sıra təhsil müəssisələrinin direktorları və qabaqcıl müəllimləri iştirak ediblər.
Tədbiri “Microsoft Azərbaycan” şirkətinin “Təhsildə əməkdaşlıq” proqramının meneceri E.Axundov açaraq bir sıra məsələlərin geniş müzakirəsinin nəzərdə tutulduğunu, həmçinin “İnnovativ müəllimlər” müsabiqəsinin nəticələrinin açıqlanacağını bildirib. Qeyd olunub ki, müsabiqə Təhsil Nazirliyinin “Microsoft” şirkəti ilə təhsil sahəsində uzunmüddətli əməkdaşlığına və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na müvafiq olaraq keçirilib. Müsabiqədə paytaxtın və 12 bölgənin ümumtəhsil məktəbindən 200-ə yaxın müəllim iştirak edib, onlardan 25-i finala vəsiqə qazanıb. Həmin finalçılar arasından I, II, III yerləri tutan qaliblər müəyyənləşdirilib.
Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Təhsil naziri keçirilən tədbirin vacibliyini diqqətə çatdıraraq “Microsoft” şirkəti ilə Təhsil Nazirliyi arasında mövcud əməkdaşlıqdan danışıb, bu şirkətin ölkəmizdə təhsillə bağlı müxtəlif layihələrin həyata keçirilməsinə yaxından köməklik göstərdiyini qeyd edib. Eyni zamanda nazir bildirib ki, ölkəmizdə müvafiq sahə üzrə fəaliyyət göstərən digər şirkətlər də təhsildə İKT-nin tətbiqi işində fəallıq göstərirlər. Bunu müsbət hal kimi dəyərləndirən nazir təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması sahəsində mühüm işlərin görüldüyünü qeyd edib. Çıxışının sonunda konfrans iştirakçılarına uğurlar arzulayan Misir Mərdanov belə tədbirlərin təhsil işçiləri üçün faydalı və əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbirdə “İnnovativ müəllimlər” müsabiqəsinin nəticələri açıqlanıb, II-III yerin qaliblərinə DVD pleyer və noutbuklar hədiyyə edilib. Müsabiqədə I yeri tutan 1 nəfər isə bu il martın sonunda Almaniyada keçiriləcək Avropa İnnovativ Müəllimlər Forumunda Azərbaycanı təmsil edəcək.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl