SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Güləş üzrə respublika birinciliyi keçirilib
Xaçmaz Olimpiya İdman Kompleksində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) açıq respublika birinciliyi keçirilib.
Respublika birinciliyi 2002-2004-cü il təvəllüdlü yeniyetmələr arasında təşkil olunub. Birinciliyin keçirilməsində əsas məqsəd mərkəzin yeniyetmələrdən ibarət yığma komandalarını formalaşdırmaq, perspektivli idmançıları aşkar etmək və bu idman növünə uşaqların marağını artırmaqdan ibarət olub.
Sərbəst güləş üzrə yarışlarda ümumilikdə 300-ə, yunan-Roma güləşi üzrə yarışlarda isə 280-ə yaxın idmançı mübarizə aparıb.
Maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən sərbəst güləş üzrə komanda hesabında I yeri Abşeron Uşaq Gənclər İdman Mərkəzinin (UGİM), II yeri “Təhsil” RİM-in 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları İdman Mərkəzinin (RİOEUGİM), III yeri Siyəzən rayon Uşaq-Gənclər İdman Mərkəzinin (UGİM) komandaları qazanıb.
Yunan-Roma güləşi üzrə isə komanda hesabında I yeri “Təhsil” RİM-in 1 saylı RİOEUGİM-in, II yeri Beyləqan rayon UGİM-in, III yeri isə “Təhsil” RİM-in Sumqayıt filialının komandaları tutublar.
9 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl