SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Məktəbdənkənar təhsil müəssisələrində idarəetmə və işin təşkili” mövzusunda seminar-təlim
Azərbaycan Milli Elmlər Akademiyasında “Məktəbdənkənar təhsil müəssisələrində idarəetmə və işin təşkili” mövzusunda seminar-təlim keçirilib.
Təlimdə Təhsil Nazirliyinin tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinin direktorları, metodistləri, ümumtəhsil məktəblərinin tərbiyə işləri üzrə məsul şəxsləri və uşaq birliklərinin rəhbərləri iştirak edib.
Seminara Belarus Respublikası Təhsil Nazirliyi Uşaq və Gənclərin Milli Bədii Yaradıcılıq Mərkəzinin rəhbər şəxsləri Nadejda Vasilçenko və Larisa İsaçkina qatılıb.
Tədbirdə metodiki vəsaitlərdən ibarət sərgi də təşkil olunub.
Seminarda bildirilib ki, Uşaq Yaradıcılıq Mərkəzi ilə Belarusun Uşaq və Gənclərin Milli Bədii Yaradıcılıq Mərkəzi arasında artıq bir neçə ildir ki, işgüzar və dostluq münasibətləri yaranıb. Təhsil Nazirliyinin sektor müdiri Ayla Həsənova məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti barədə məlumat verib.
Nadejda Vasilçenko “Milli Bədii Yaradıcılıq Mərkəzi-uşaq və gənclərin məktəbdənkənar fəaliyyətinin innovativ inkişaf mərkəzidir”, Larisa İsaçkina isə “Məktəbdənkənar müəssisələrdə uşaq və gənclərin metodiki vəsaitlə təmini” mövzularında çıxış edib, öz iş təcrübələrini bölüşüblər.
Təlimdən sonra Təhsil Nazirliyində hər iki mərkəz arasında dostluq və əməkdaşlıq barədə saziş imzalanıb.
Seminar çərçivəsində belaruslu qonaqlar Təhsil Nazirliyinin və Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Belarus Mərkəzinin qonağı olacaq, Heydər Əliyev Mərkəzinə, şəhərimizin tarixi abidələrinə və görməli yerlərinə ekskursiya edəcəklər.
Seminar noyabrın 16-dək davam edəcək.
9 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl