SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Ali Təhsil Sammiti öz işinə başlayıb
Noyabrın 10-da Hindistanın Yeni Dehli şəhərində 12-ci Ali Təhsil Sammiti (XII FICCI Higher Education Summit 2016) öz işinə başlayıb.
Sammitdə dünyanın 100-dən çox ölkəsindən nümayəndə heyəti iştirak edir. Sammitə Amerika, Avropa, Asiya, Yaxın Şərq, Afrika və digər regionlardan nümayəndələr, universitet rəhbərləri, təhsil bağlı qurumlar qatılıb. Eləcə də tədbirdə dövlət rəsmilərinin, diplomatların, biznes qurumlarının nümayəndələrinin, tələbələrin, tanınmış təhsil ekspertlərinin iştirakı nəzərdə tutulub.
Tədbirdə Azərbaycandan Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyeva və 5 nömrəli Bakı Peşə Liseyinin əməkdaşı Bahar Əsgərova iştirak edir.
Sammitdə qloballaşan dünyada ali təhsilin inkişaf istiqamətləri, elm, ali təhsil və sənaye əlaqələrinin yeni səviyyədə qurulması yolları müzakirə edilir.
Sammit noyabrın 12-də başa çatacaq.
9 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl