SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Masallıda məktəbli qızlar üçün tədbir keçirilib
Noyabrın 6-da Masallı rayonundakı “ASAN həyat” kompleksində məktəbli qızlar üçün silsilə tədbirlər keçirilib.
Tədbir Təhsil Nazirliyi, “ASAN xidmət”, “Azər Türk Bank” ASC-nin və “Femmes Digitales” Klubunun dəstəyi ilə təşkil olunub.
Tədbirdə “Azər Türk Bank”, “B.EST Solutions”, “MONT”, “Microsoft”, “Cybernet”, “Ultra Technologies” təşkilatlarının nümayəndələri çıxış edərək, İKT-nin cəmiyyətin həyatındakı rolundan, təhsil və karyera sahəsində açdığı imkanlardan danışıblar. Həmçinin, Təhsil Nazirliyinin əməkdaşı tərəfindən “Liderlik” təlimi keçirilib.
Daha sonra 9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılan “IT STEP” Akademiyasının təqdimatında tədbirin praktiki hissəsinə start verilib.
Praktiki məşğələlərdə iştirakçılar əyani vasitələrdən istifadə edərək, müxtəlif robotların və avtomatlaşdırılmış sınaq mexanizmlərinin hazırlanması ilə tanış olub, bu sahədə ilkin biliklərə yiyələnmək imkanı əldə ediblər.
Proqram çərçivəsində Masallı rayonunun ümumi təhsil müəssisələrində təhsil alan qızlar arasında “Breyn-rinq” intellektual oyunu təşkil edilib. Oyunun qaliblərinə sertifikat, kubok və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd İKT sahəsində məktəbli qızların iştirak səviyyəsinin yüksəldilməsi, onların gələcək karyera seçimi üçün bu sahənin təbliği və potensial kadrların yetişdirilməsidir.
9 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl