SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
X Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib
Oktyabrın 7-də "Baku Expo" Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi və iştirakı ilə təşkil olunan 10-cu Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib.
Açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri və müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak ediblər.
Sərgi iştirakçılarını salamlayan nazir müavini Ceyhun Bayramov bildirib ki, son illərdə Azərbaycanda təhsil sahəsində islahatlar və məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkəmizdə insan kapitalının inkişafının müasir dövlətçilik fəlsəfəsinin əsas hədəfi olduğunu deyən nazir müavini bildirib ki, bu vacib hədəfin gerçəkləşməsi xeyli dərəcədə təhsilin üzərinə düşür.
Ceyhun Bayramov sərginin müxtəlif təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinə töhfə verəcəyini, təhsilverən və təhsilalanlar üçün əlavə imkanlar yaradacağını deyib.
Daha sonra sərgi iştirakçıları stendlərə baxış keçirib.
Sərgidə hər il fəal iştirak edən Təhsil Nazirliyi öz stendində “Maarifçi” Tələbə Kredit Fondu, “SABAH”, “Bir könüllü”, “Azərbaycan üçün öyrət” layihələrini təqdim edib. Stendlərdə həmçinin, Fransız-Azərbaycan Universiteti (UFAZ) də yer alıb.
Azərbaycan, Almaniya, Latviya, Macarıstan, İordaniyanın ali təhsil müəssisələri, kollec və təhsil xidmətləri göstərən qurumların nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış ediblər. Sərgidə Polşa (“Go Poland”), Litva (“Study in Lithuania”) və Türkiyənin (Study in Turkey) milli stendləri təqdim olunub.
Sərgidə Azərbaycanı ali təhsil müəssisələri ilə yanaşı, İT STEP Akademiyası da təmsil edib.
10-cu Beynəlxalq Təhsil Sərgisi oktyabrın 9-dək davam edəcək.
9 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl