SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Fevralın 19-da təhsil naziri Misir Mərdanov “Britaniya Şurası”nın ölkə üzrə direktoru cənab Əndi Uilyamsla görüşüb.
Fevralın 19-da təhsil naziri Misir Mərdanov “Britaniya Şurası”nın ölkə üzrə direktoru cənab Əndi Uilyamsla görüşüb. Nazir qonağın rəhbəri olduğu təşkilatın həyata keçirdiyi layihələr barədə danışaraq bildirib ki, bu qurum ölkəmizdə müəllimlərin ixtisasının artırılması, ingilis dili müəllimlərinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər reallaşdırıb. Eyni zamanda nazir “Britaniya Şurası”nın nəzərdə tutduğu yeni layihə barədə məlumatı olduğunu və bu layihəni dəstəklədiyini qeyd edib. Cənab Əndi Uilyam səmimi qəbul və aparılan işlərə lazımi köməklik göstərdiyi üçün nazirə təşəkkür edib. Qonaq bu günlərdə ölkəmizdəki fəaliyyətinin başa çatması barədə də məlumat verib. Təbiət fənlərini tədris edən müəllimlər üçün təlim kursları layihəsindən və onun mahiyyətindən söz açan qonaq həmin layihənin Bakı, Sumqayıt, Salyan, Lənkəran və Gəncədə reallaşdırılmasının nəzərdə tutulduğunu qeyd edib. Nazir də öz növbəsində Şəki və Quba rayonlarında bu layihə üzrə iş aparılmasını təklif edib. Görüşdə bu günlərdə qeyd olunan təşkilatın Azərbaycanda təhsil sahəsi üzrə həyata keçirdiyi proqramlar və yeni layihə ilə bağlı ictimaiyyətin məlumatlandırılması üçün müvafiq tədbirin təşkil olunması, ölkəmizdə peşə təhsilinin inkişafına dəstək göstərilməsi və digər layihələrlə əlaqədar fikir mübadiləsi aparılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl