SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Avqustun 31-də “ICMSEM 2016” beynəlxalq konfransı işə başlayacaq
31 avqust-1 sentyabr tarixlərində keçiriləcək “İdarəetmə elmi və mühəndislik idarəetməsi” (“ICMSEM 2016”) 10-cu konfransda dünyanın 10-dan çox ölkəsindən akademik səviyyədə təmsilçilik nəzərdə tutulur.
Konfransın açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti Akif Əlizadə, eləcə də Azərbaycan və dünyanın bir sıra digər ölkələrinin nüfuzlu alimləri iştirak edəcək.
Konfransın təşkilatçıları Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universitetidir.
Azərbaycan alimlərinin konfransa təqdim olunan məqalələri nüfuzlu “Springer” məlumat bazasına yerləşdirilib və dərc edilib.
Qeyd edək ki, “ICMSEM 2016” beynəlxalq konfransı 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il MDB məkanında ilk dəfə olaraq, konfransa Azərbaycan ev sahibliyi edəcək.
9 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl