SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“ICMSEM 2016” Azərbaycanda keçiriləcək
“İdarəetmə elmi və mühəndislik idarəetməsi” beynəlxalq konfransı (“ICMSEM 2016”) bu il Azərbaycanda keçiriləcək.
31 avqust–1 sentyabr tarixlərində keçiriləcək 10-cu konfransda əsasən, inkişaf etmiş ölkələrdən (ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Yaponiya, İspaniya, Türkiyə, Portuqaliya və s.) akademik səviyyədə təmsilçilik nəzərdə tutulur.
Konfransın təşkilatçıları Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universitetidir.
Qeyd edək ki, “İdarəetmə elmi və mühəndislik idarəetməsi” beynəlxalq konfransı 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il sözügedən konfransa MDB məkanında ilk dəfə olaraq, Azərbaycan ev sahibliyi edəcək.
9 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl