SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil naziri Mikayıl Cabbarov Fransanın nümayəndə heyətini qəbul edib
İyunun 30-da təhsil naziri Fransanın mərkəzsizləşdirmə və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyanın Baş katibi, Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərinin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi cənab Bertran Foru qəbul edib.
Görüşdə Azərbaycan və Fransa arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu kontekstdə, iki ölkənin regionları arasında əməkdaşlıq çərçivəsində təhsil komponenti ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, görüşdə Azərbaycanda fransız dilinin tədrisi, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ) layihəsi kimi məsələlərə də toxunulub.
9 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl