SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Martın 11-də Təhsil Nazirliyində ali məktəb rektorlarının iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı Sərəncama əsasən görülən işlər barədə məlumat verib. Nazir həmin Sərəncamın icrası ilə əlaqədar “2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın hazırlıq vəziyyətindən söz açıb. Nazir, həmçinin layihə sənədində Proqramın məqsəd və əsas istiqamətlərinin, ali təhsilin məzmununun və təlim texnologiyalarının təkmilləşdirilməsi, idarə olunma sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, kadr hazırlığı, maddi-texniki bazanın müasir tələblərə uyğun qurulması, eləcə də burada öz əksini tapan digər mühüm məsələləri xüsusi qeyd edib.
Sonra Misir Mərdanov ali məktəblərimizin xarici ölkələrin universitetləri ilə yaratdığı əməkdaşlıq və nəzərdə tutulan əlaqələri iştirakçıların diqqətinə çatdırıb. Nazir bildirib ki, əldə olunan təcrübə üzrə müsbət cəhətlər aşkarlanmalı, bu sahə ilə bağlı vahid mexanizm yaradılmalı, ümumilikdə görülən işlər ali təhsilin inkişafına yönəldilməlidir.
Tədbirdə ali təhsil müəssisələrinə tələbə qəbulunun planlaşdırılması, məzunların yerləşdirilməsi, onlara təyinatların verilməsi və s. məsələlər müzakirə olunub, müvafiq istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Sonda Misir Mərdanov ali məktəb rektorlarına “2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” layihə sənədi üzrə rəy və təkliflər verilməsi, habelə ali təhsilin müzakirə edilən bir sıra istiqamətləri barədə tapşırıqlar verib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl