SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Abdulla Şaiqin 135 illik yubileyi keçirilib
Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təşkilatçılığı ilə Nərimanov rayonu gözdən əlillər üçün 5 saylı xüsusi internat məktəbində Abdulla Şaiqin 135 illik yubileyinə həsr olunmuş “Mənim uşaq dünyam” adlı tədbir keçirilib.
Tədbirin əsas məqsədi şagirdləri milli uşaq teatrının banisi A.Şaiqin yaradıcılığı ilə yaxından tanış etmək və onun irsinin təbliğindən ibarətdir.
Tədbirdə əməkdar artist Rəhman Rəhmanov, A.Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə, Təhsil Muzeyinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
Şairin həyat və yaradıcılığı haqqında məlumat verilib, şagirdlərin iştirakı ilə A.Şaiqin şeirləri, sözlərinə bəstələnmiş mahnılar səsləndirilib, “Yaxşı arxa” adlı mənzum hekayəsindən səhnəcik nümayiş olunub.
Çıxış edənlər şairin yaradıcılığının uşaqların inkişafındakı xüsusi rolundan və əhəmiyyətindən danışıblar.
Sonda tədbir iştirakçıları şagirdlər tərəfindən A.Şaiqin əsərlərinə çəkilmiş rəsmlərdən ibarət sərgi ilə tanış olublar.
9 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl