SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Martın 17-də T.İsmayılov adına “İntellekt” məktəb-liseyində fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin elmi işlərinin təqdimat mərasimi keçirilib.
Martın 17-də T.İsmayılov adına “İntellekt” məktəb-liseyində fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin elmi işlərinin təqdimat mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov, eləcə də ayrı-ayrı ictimai qurumların, təhsil ictimaiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və qabaqcıl ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər.
Qonaqları səmimi salamlayan “İntellekt” məktəb-liseyinin direktoru Ceyran Kuliyeva giriş sözündə 2007-2008-ci tədris ilinin əvvəllərində yaradılmış “Kiçik Akademiya”nın fəaliyyəti və qarşıya qoyulmuş vəzifələr haqqında məlumat verib.
Sonra söz “Kiçik Akademiya”nın üzvlərinə verilib. Şagirdlər müasir təlim texnologiyalarının imkanlarından istifadə etməklə hazırlanmış “Tarix və şəxsiyyət”, “Qızıl kəsişmə”, “Bəşəriyyət qadınla süslənəcək” və başqa mövzularda 7 elmi iş təqdim edib.
Tədbirdə iştirakçılar liseyin istedadlı şagirdlərinin slayd və kino- kadrlarla müşayiət olunan məruzə-təqdimatlarını maraqla dinləyiblər.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov belə istedadlı gənclərlə tanışlıqdan məmnun olduğunu bildirib və təqdimat mərasiminin İKT-nin tətbiqi ilə təşkil edilməsində xüsusi əməyi olan X sinif şagirdi Şəhriyar Məhərrəmova noutbuk hədiyyə edib.
Mərasimin sonunda çıxış edən təhsil naziri Misir Mərdanov iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək hamıya xoşbəxtlik arzulayıb. T.İsmayılov adına “İntellekt” məktəb- liseyinin ən nümunəvi təhsil ocaqlarından biri olduğunu qeyd edən nazir qazanılan böyük uğurlara görə liseyin rəhbərliyinə, pedaqoji və şagird kontingentinə minnətdarlığını bildirib.
Sonda Misir Mərdanov tədbirin hazırlanmasında yaxından iştirak etmiş liseyin müəllimi Təranə Səmədovaya Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə təltif olunduğu “Qabaqcıl təhsil işçisi” döş nişanını təqdim edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl