SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Martın 18-də Təhsil Nazirliyində “İlin ən yaxşı müəllimi və “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin növbəti iclası olub.
Martın 18-də Təhsil Nazirliyində “İlin ən yaxşı müəllimi və “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin növbəti iclası olub.
İclasda təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” fevralın 25-də verdiyi Fərmandan irəli gələn vəzifələrdən söz açıb. Hər iki müsabiqə üzrə sənədlərin qəbulunun artıq martın 15-də başa çatdığını qeyd edən nazir bildirib ki, Təşkilat Komitəsinə “İlin ən yaxşı müəllimi” müsabiqəsi üzrə 400-ə yaxın, “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi üzrə isə 124 sənəd daxil olub.
Sonra nazir ayrı-ayrı zonalar üzrə müəllim və məktəblərin sayı, qəbul edilən sənədlər, eləcə də nəzərdə tutulan kvotalar barədə iştirakçılara ətraflı məlumat verib. Eyni zamanda Misir Mərdanov “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak üçün müraciətlər arasında riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, ingilis dili, tarix, kimya fənlərini tədris edən müəllimlərin üstünlük təşkil etdiyini diqqətə çatdırıb. Nazir bildirib ki, hər iki müsabiqə üzrə təqdim olunan sənədlər ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilən qaydalara uyğun meyarlarla qiymətləndirilməlidir.
Tədbirdə Misir Mərdanov “İlin ən yaxşı müəllimi” müsabiqəsi iştirakçılarının növbəti mərhələyə buraxılmazdan öncə onların elmi-nəzəri və intellektual səviyyələrinin müəyyənləşdirilməsi üçün müvafiq suallar əsasında yaradıcı iş yazmaları təklifini Təşkilat Komitəsinin müzakirəsinə təqdim edib.
İclasda yaradıcı yazı işinin aprelin əvvəllərində Bakının bir orta məktəbində keçirilməsi, qiymətləndirmənin müvafiq şəxslər tərəfindən aparılaraq nəticələrin operativ elan olunması, iştirakçı məktəblərin IX və XI sinif şagirdlərinin bilik səviyyəsinin xüsusi testlər vasitəsilə yoxlanılması, müsabiqələrin gedişi vəziyyətinin müntəzəm işıqlandırılması, zəruri məlumatların ictimaiyyətə çatdırılması və digər məsələlər ətrafında fikir mübadiləsi edilib.
Sonda Təşkilat Komitəsinin növbəti iclasınadək nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün konkret təkliflər verilməsi qərara alınıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl