SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Təhsil” RİM-in Gəncə filialının futbol komandası Azərbaycan çempionatının qalibi olub
“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının 13 yaşlılardan ibarət komandası 2015-2016-cı il mövsümü üzrə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 13 yaşadək (U-13) futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının qalibi olub.
Mayın 24-də Bayıl stadionunda keçirilən final oyununda “Təhsil” RİM-in Gəncə filialı ilə “İnter” klubunun komandaları qarşılaşıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Gəncə filialının komandası 1-0 hesabı ilə qələbə qazanaraq 2015-2016-cı il mövsümü üzrə 13 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının qalibi adına layiq görülüb. Komandanın hücumçusu Ümid Səmədov mövsüm ərzində 67 qol vurduğuna görə turnirin bombardiri seçilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl