SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Yaşıl dağ” aksiyası keçirilib
Mayın 14-də IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantılarının toplanmasına həsr olunan “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində növbəti “Yaşıl dağ” sosial aksiyası keçirilib.
Tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdulbari Gözəl və IDEA İctimai Birliyinin baş koordinatoru Fərid Cəfərov iştirak edib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, “Yaşıl dağ” sosial aksiyası indiyədək Sumqayıt, Sabirabad və Bərdə şəhərlərində reallaşdırılıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı şəhərindəki ali və ümumi təhsil müəssisələrinin aksiyada fəal iştirak etdiyini, ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunmasında bu layihənin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, IDEA İctimai Birliyinin baş koordinatoru Fərid Cəfərov və digərləri aksiyanın əhəmiyyətindən danışıblar. Bildirilib ki, aksiyanın keçirilməsində əsas məqsəd ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Qeyd olunub ki, təşkilat tərəfindən son 5 ildə 5 milyondan çox ağac əkilib.
Tədbir bədii hissə ilə davam etdirilib.
Aksiyada fəal iştirak edən vətəndaşlara 600-ə yaxın şam ağacı paylanılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl