SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
SES Proqramı ekspertinin iştirakı ilə seminarlar keçirilib
Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının SES Proqramının eksperti Yoahim Fantkullerin iştirakı ilə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzində seminarlar keçirilib.
Seminarların keçirilməsində məqsəd uşaq və yeniyetmələr üçün “Ailə turizmi”, “Yaşıl turizm” və “Aqrar turizm” üzrə təhsil proqramlarının hazırlanması, pedaqoji heyətin işinin təkmilləşdirilməsi, yeni kadrların hazırlanmasıdır.
Ekspert səfər zamanı Bakı şəhərində fəaliyyət göstərən “Ekoklub”ların, ekoloji və turizm mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olub, əməkdaşlarla birlikdə Qala Tarixi-Etnoqrafik Muzeyində, Qobustan Mədəni-Tarixi Milli Parkında uşaq qrupları üçün maarifləndirmə proqramlarının təşkili ilə maraqlanıb.
Səfər çərçivəsində Y.Fantkuller Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədovla görüşüb. Görüşdə perspektiv əməkdaşlıq məsələləri müzakirə edilib.
SES Proqramının eksperti həmçinin, “Ekoklub”ların I Ekoloji Forumunda iştirak edib, gənc ekoloqların təqdimatları üzrə müzakirələrə qatılıb. Eləcə də Azərbaycan Turizm və Menecment Universitetində tələbələrlə görüş keçirilib.
Almaniyalı ekspertin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin əməkdaşlarının iştirakı ilə Sumqayıt Şəhər Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin pedaqoji heyətinin, xüsusən gənc kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi məqsədilə təlim seminarı da təşkil olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl