SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mikayıl Cabbarov “Bakı Marafonu 2016”da yüksək nəticə göstərmiş təhsil işçiləri ilə görüşüb
Mayın 7-də təhsil naziri Mikayıl Cabbarov “Bakı Marafonu 2016”da yüksək nəticə göstərmiş təhsil müəssisələrinin əməkdaşları ilə görüşüb.
Görüş iştirakçılarını salamlayan təhsil naziri bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2016” Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, geniş ictimaiyyət və xüsusilə gənclər arasında sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah addımlar atmaq naminə bir araya gətirmək məqsədi ilə təşkil olunub. Nazir qeyd edib ki, "Bakı Marafonu 2016" Azərbaycanın sülhsevər və tolerant missiyasına uyğun olaraq, müxtəlif millətlərin nümayəndələrinin vahid məqsəd ətrafında birləşdirməsi ilə ən yüksək ehtirama layiqdir. Mikayıl Cabbarov bu tədbirin gözəl bir ənənəyə çevriləcəyinə və gələcəkdə Bakı marafonuna marağın daha da artacağına ümidvar olduğunu nəzərə çatdırıb.
Qeyd olunub ki, "Bakı Marafonu 2016"da təhsil müəssisələrinin əməkdaşları və idmançıları Namiq Əsədov, Tural Sadıqlı, Elman Abışov, Raidə Aslanova, Rəqsanə Rəcəbli, Lalə Pirumova yüksək nəticə göstərib.
Görüşün sonunda təhsil naziri marafon iştirakçılarına təşəkkürnamə və hədiyyələr təqdim edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl