SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 23-də Azərbaycan Milli Elmlər Akademiyasında ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
Aprelin 23-də Azərbaycan Milli Elmlər Akademiyasında ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib. Təhsil Nazirliyi və AMEA-nın birgə təşkil etdiyi tədbirə dəvət olunan xarici qonaqlar, alimlər, elm və təhsil ictimaiyyətinin nümayəndələri öncə foyedə hazırlanmış “Heydər Əiyev irsi və onun tədqiqi” adlı sərgi ilə tanış olublar.
AMEA-nın prezidenti Mahmud Kərimov konfrans iştirakçılarını salamlayaraq giriş sözü ilə çıxış edib. M.Kərimov Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə çox mühüm məna yükü daşıyan fenomenə çevrildiyini, məhz bu səbəbdən xalqın onun doğum gününü ən əziz bayramlardan biri kimi qeyd etdiyini bildirib. M.Kərimov Heydər Əliyevin keçdiyi ömür yolunun zəngin bir həyat ensklopediyası olduğunu, hələ neçə-neçə nəslin bu ensklopediyanı özünə bir əqidə yolu seçəcəyini vurğulayıb.
Sonra söz təhsil naziri Misir Mərdanova verilib. Nazir bildirib ki, ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin dirçəlişi və dinamik inkişafı, eləcə də dövlət müstəqilliyinin möhkəmləndirilməsi, qısa bir zamanda ölkəmizin böyük nüfuz qazanması, sürətlə dünya birliyinə inteqrasiyası bilavasitə Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Eyni zamanda ulu öndərin genişmiqyaslı fəaliyyətində elmin, təhsilin inkişafına diqqət və qayğı prioritet sahə kimi daim mühüm yer tutub.
Misir Mərdanov xüsusi olaraq qeyd edib ki, təhsilin aktual problemlərini və incəliklərini bilən, onun cəmiyyətin inkişafındakı rolunu, şəxsiyyətin formalaşmasında əhəmiyyətini yüksək qiymətləndirən dahi rəhbərin təhsillə bağlı dəyərli ideyaları müasir təhsil tariximizin nadir incilərindəndir. Nazir ulu öndərimizin zəngin ideyalarının, yeritdiyi siyasətin hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirildiyini bildirib.
Konfransda AMEA Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyev “Heydər Əliyev və Azərbaycan mənəviyyatı”, Azərbaycan Dövlət Pedaqoji Universiteti tarix fakültəsinin dekanı Oqtay Sultanov “Heydər Əiyev və Azərbaycan praqmatik xarici siyasət kursu” mövzularında məruzə ediblər. Tədbirdə, həmçinin “Varlıq” jurnalının yaradıcısı və redaktoru Cavad Heyət, TRT-nin “Azərbaycan” redaksiyasının rəhbəri Seyfəddin Altaylı, akademik İsmayıl İbrahimov Heydər Əliyevin xalq və dövlət üçün müstəsna xidmətlərindən bəhs ediblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl