SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Respublika fənn olimpiadalarının final mərhələsi
Aprelin 16-da Fizika, riyaziyyat və informatika təmayülli liseydə fizika, riyaziyyat, kimya və biologiya fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək.
Fizika, kimya, riyaziyyat, biologiya və informatika fənləri üzrə 296 şagirdin iştirak edəcəyi final mərhələsində şagirdlərə açıq tipli suallar təqdim olunacaq. Fənlərdən asılı olaraq, təqdim olunan tapşırıqlara 3 və ya 4 saat ərzində cavab verilməsi tələb olunur.
İmtahandan çıxan şagirdlərə sualların düzgün həlləri və cavabları təqdim ediləcək.
İmtahan bitdikdən sonra Respublika fənn olimpiadalarının münsiflər heyəti şagirdlərin yazı işlərini yoxlayacaq və həmin gün nəticələr elan olunacaq.
Nəticəsindən narazı olan şagirdlərə aprelin 17-də münsiflər heyəti ilə müzakirə aparmaq imkanı veriləcək.
Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi isə 22-24 aprel 2016-cı il tarixlərində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə keçiriləcək.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl