SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Yaz həyəti” layihəsinə start verilib
Təhsil Nazirliyi, IDEA İctimai Birliyi və “Bir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə keçirilən “Yaz həyəti" layihəsi çərçivəsində tələbə-könüllülər şagirdlərlə birlikdə məktəblərdə ağacəkmə, bitkilərə qulluq, həyətyanı sahədə iməcilik və digər işlərdə könüllü olaraq fəaliyyət göstərirlər.
“Yaz həyəti” layihəsi məktəblilər və tələbələrin ekoloji maarifləndirilməsinin genişləndirilməsi məqsədilə Bakı, Gəncə və Sumqayıt şəhərlərində 15 ali və 26 ümumi təhsil müəssisəsini əhatə edir.
Layihə çərçivəsində təhsil müəssisələrinin həyətyanı sahəsinin təmizlənməsi, yeni yaşıllıqların salınması, ağacların gövdələrinin ağardılması kimi işlər nəzərdə tutulub.
Mayın 1-də başa çatacaq layihə çərçivəsində görülən işlər qiymətləndiriləcək, Təhsil Nazirliyi və IDEA İctimai Birliyi tərəfindən layihənin qalibi müəyyənləşdiriləcək.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl