SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mini Futbol Çempionatının I mərhələsinə yekun vurulub
Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən Məktəblilərin Bakı şəhəri üzrə Mini Futbol Çempionatının I mərhələsi (rayon mərhələsi) başa çatıb.
Birinci mərhələnin oyunlarına Bakı şəhəri üzrə 15 ümumi təhsil və 2 idman məktəbi ev sahibliyi edib. “Olimpiya” sistemi üzrə keçirilən bu mərhələdə Bakı şəhərindəki 305 məktəbdən 3660 şagird mübarizə aparıb.
Gərgin mübarizə şəraitində keçən yarışda paytaxtın rayonları üzrə I və II yeri tutan 24 komanda növbəti mərhələyə vəsiqə qazanıb.
II mərhəldə komandalar püşkatma yolu ilə 4 yarımqrup üzrə mübarizəni davam etdirəcəklər. Bu mərhələ aprelin 18-də start götürəcək. Yarımqrup oyunları Bakı şəhərindəki 21, 53, 248 və 267 nömrəli orta məktəblərin idman meydançalarında keçiriləcək.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl