SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 7-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə “Biz Heydər Əliyev irsini öyrənirik” müsabiqəsi qaliblərinə mükafatların təqdim olunması mərasimini keçirib.
Mayın 7-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə “Biz Heydər Əliyev irsini öyrənirik” müsabiqəsi qaliblərinə mükafatların təqdim olunması mərasimini keçirib.
Mərasimi giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinin ölkəmizdə böyük təntənə ilə qeyd olunduğunu bildirib. Ulu öndərin möhtəşəm xidmətlərindən danışan N.Rzaquliyeva onun mənalı həyatı, çoxcəhətli fəaliyyəti və zəngin irsinin böyüməkdə olan nəslə dərindən öyrədilməsinin zəruriliyini vurğulayıb.
N.Rzaquliyeva rəhbərlik etdiyi qurumda, paytaxtın təlim-tərbiyə ocaqlarında bu yöndə sistemli iş aparıldığını diqqətə çatdırıb və keçirilən müsabiqənin də müvafiq məqsədə xidmət etdiyini bildirib.
Mərasimdə “Ədəbi-bədii”, “Elmi-tədqiqat”, “İnternet layihələri” nominasiyaları üzrə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb, qaliblərə mükafatlar təqdim olunub.
Təhsil naziri Misir Mərdanov mərasimdə çıxış edib. Qalibləri təbrik edən nazir müsabiqənin yüksək səviyyədə, ümummilli liderimizin adına layiq təşkil olunduğunu vurğulayıb. Eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu yöndəki fəaliyyətini xüsusi dəyərləndirib.
Misir Mərdanov ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinin bu günlər ölkəmizin hər yerində geniş qeyd olunmasını böyük öndərə ümumxalq məhəbbətinin təzahürü kimi dəyərləndirib. Dahi şəxsiyyət və dövlət xadimi Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə milli təhsilimizin inkişafına böyük önəm verdiyini, onu ölkənin tərəqqisi üçün ən vacib amil saydığını qeyd edən nazir ulu öndərin müvafiq sistem üzrə çalışan işçilərə hər zaman yüksək diqqət və qayğı göstərdiyini bildirib.
Nazir öz çıxışında ümummilli liderin ideyaları, arzu və istəklərinin, başlamış olduğu nəhəng quruculuq işlərinin onun layiqli varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.
Tədbirdə iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov da qalibləri təbrik edərək onlara uğurlar arzulayıblar.
Mərasimdə məktəblilər maraqlı konsert proqramı ilə çıxış edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl