SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 15-də YUNESKO-nun "Dünyada savadlılığın dəstəklənməsi" üzrə regional konfransında iştirak edən bu qurumun baş direktoru cənab Koişiro Matsuura "Hyatt-Regency" otelinin Quba zalında mətbuat konfransı keçirib.
Konfransı təhsil naziri Misir Mərdanov açaraq qonaqları və KİV nümayəndələrini salamlayıb. Nazir YUNESKO-nun belə nüfuzlu tədbirinin Azərbaycanda ilk dəfə keçirildiyini, cənab Koişiro Matsuuranın iştirakını xüsusi qeyd edib və bunu ölkəmizə göstərilən etimad kimi dəyərləndirib. Nazir YUNESKO ilə ölkəmiz arasında səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, nüfuzlu beynəlxalq qurumun dəstəyi ilə Azərbaycanın təhsil sistemində bir sıra irimiqyaslı layihələr həyata keçirildiyini vurğulayıb. Misir Mərdanov buna misal olaraq ölkəmizdə inklüziv təlim sahəsində görülən işləri, ali məktəblərin bir neçəsində YUNESKO kafedralarının fəaliyyət göstərməsini, peşə təhsili ilə bağlı əldə olunmuş razılaşmanı qeyd edib.
Nazir bildirib ki, regional konfransın sonunda da YUNESKO ilə Azərbaycan arasında yeni layihələr üzrə təkliflər irəli sürmək fikrindədirlər. Həmin layihələr barədə media nümayəndələrinə məlumat verən nazir vurğulayıb ki, gələcəkdə yeni tipli məktəbəqədər təhsil müəssisələrinin yaradılması, məktəbəqədər təhsilin məzmunu, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi, ali məktəblərin akkreditasiyası ilə bağlı ekspert köməyinin göstərilməsi xahişi ilə YUNESKO-ya müraciət etmək nəzərdə tutulub.
Mətbuat konfransında çıxış edən YUNESKO-nun Baş direktoru cənab Koişiro Matsuura regional konfransın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, onun savadlılıq və yaşlı əhalinin təhsilinə münasibətdə ölkələrin məlumatlılığının yüksəldilməsində, yaşlıların təhsil və savadlılığın təbliğində, savadlılıq və yaşlıların təhsil sahəsində problemlərin müəyyənləşdirilib müzakirə olunması və s. məsələlərdə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Başçılıq etdiyi təşkilatla Azərbaycanın sıx əlaqələr qurmaq təşəbbüsünü, mövcud əməkdaşlıq əlaqələrinin getdikcə daha da inkişaf etməsini yüksək qiymətləndirən beynəlxalq qurumun rəhbəri YUNESKO-nun irəli sürdüyü bir sıra qlobal proqramlarda ölkəmizin daha yaxından iştirakını zəruri sayıb.
Ali qonaq çıxışının sonunda göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Mətbuat konfransında cənab Koişiro Matsuura və Misir Mərdanov jurnalistlərin suallarını cavablandırıblar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl