SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
UNEC-də payız semestrinin imtahan sessiyası ilə bağlı görüşlərə start verilib
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında ilk görüş keçirilib. Təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən təşkil edilmiş görüşdə təhsil ekspertləri və QHT nümayəndələri payız semestrinin imtahan sessiyasının gedişini izləyiblər.
Təhsil ekspertləri Şahlar Əsgərov, Əjdər Ağayev, Etibar Əliyev, Məlahət Mürşüdlü, Nadir İsrafilov, Böyükağa Mikayıllı, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz imtahan prosesini yaxından izləyib və tələbələrlə söhbət ediblər.
Daha sonra qonaqlar UNEC-in rektoru Ədalət Muradovla görüşüb.
Görüşdə UNEC-in innovativ metodlarla idarə edilməsinin dövrün tələblərinə cavab verən mütəxəssis hazırlığı üçün mühüm şərtlərdən biri olduğu qeyd edilib. Qonaqlar universitetin tələbə biliyinin qiymətləndiriləsi baxımından yeni mərhələyə qədəm qoyduğunu müşahidə etdiklərini və bu təcrübənin digər ali məktəblərdə də tətbiqinin məqsədəuyğun olduğunu söyləyiblər. UNEC-in elektron universitetə çevrilməsini yüksək dəyərləndirən görüş iştirakçıları bunun dövlətin elektron hökumət siyasətinin həyata keçirilməsinə dəstək olduğunu vurğulayıblar. Həmçinin, bir saat ərzində 500 tələbənin imtahan verməsinin və elektron apellyasiyanın tətbiqinin tələbələrin vaxta qənaət etməsi üçün mühüm amil olduğu qeyd edilib.
UNEC-də imtahan sessiyası fevralın 1-dək davam edəcək. Sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün şərait yaradılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl