SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil işçiləri təltif edildi
Dekabrın 28-də Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə bir qrup təhsil işçisinin təltif olunması mərasimi keçirilib. Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, nazirliyin məsul əməkdaşları, təhsil işçiləri iştirak edib.
Təhsil naziri Mikayıl Cabbarov təltif olunanları təbrik edərək bildirib ki, başa çatmaqda olan təqvim ili təhsil sahəsində də uğurlu hadisələrlə yadda qalıb.
Tədbirdə nazir ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının musiqi təhsili sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilən Elmira Paşayevaya orden təqdim edib.
Sonra 2015-ci ildə təhsilin inkişafı sahəsində xidmətlərinə, səmərəli fəaliyyət göstərərək yüksək nailiyyətlər əldə etdiklərinə, vəzifə funksiyalarının və verilən tapşırıqların icrasında yüksək peşəkarlıq nümayiş etdirdiklərinə, təşəbbüskarlıqları ilə fərqləndiklərinə, beynəlxalq fənn olimpiadalarındakı uğurlarına görə Təhsil Nazirliyinin bir qrup əməkdaşı, təhsil işçiləri təhsil naziri tərəfindən Fəxri Fərman və təşəkkürnamələrlə təltif olunub.
Təltif olunan təhsil işçilərini təbrik edən təhsil naziri onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl