SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Məktəblilər Təhsil Nazirliyində olublar
Dekabrın 28-də “Mənim gələcək peşəm” layihəsi çərçivəsində Bakı Avropa Liseyinin III-r2 sinif şagirdləri Təhsil Nazirliyində olublar.
Öncə şagirdlərin Xalq Təhsili Muzeyinə ekskursiyası təşkil edilib. Muzeydə məktəblilər Azərbaycan elm və təhsilinin inkişaf tarixini əks etdirən sənəd, material, nadir dərs ləvazimatları, dərslik, əl işi, maket və digər zəngin eksponatlarla tanış olublar.
Sonra şagirdlər təhsil nazirinin müavini Firudin Qurbanovla görüşüb və Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Sinif müəllimi Nigar Rəhmanova qeyd edib ki, “Mənim gələcək peşəm” layihəsi çərçivəsində şagirdlərin müxtəlif dövlət və özəl qurumlara səfərləri təşkil olunur. Təlim-tərbiyə işində vacib amil olan bu məsələ məktəblilərin peşə seçimlərinin dəstəklənməsi və dünyagörüşlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl